SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
266 nömrəli quyu 14 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyuda təmir işləri aparıldıqdan sonra onun sutkalıq hasilatı 65 ton neft təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova