Latviyanın prezidenti Raymonds Veyonis bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı iki ölkənin iş adamları, müxtəlif nazirliklər və strukturlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
R.Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu vurğulayıb.
İ.Əliyev həmkarını Latviyanın prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
R.Babayev