Çərşənbə axşamı Fransanın 2024-cü ilYay Olimpiadasının keçirilməsi hüququ əldə etmək üçün ərizə göndərəcəyi gözlənilir. Bu barədə bazar ertəsi “Associated Press” agentliyi məlumat verir.
Macarıstan Fransanın rəqibi ola bilər. Çərşənbə axşamı Budapeşt Şəhər Şurası ərizənin təqdim edilməsi məsələsinə dair səsvermə keçirmək niyyətindədir. Razılıq verildiyi halda Budapeşt 2024-cü ilYay Olimpiadasının keçiriləcəyi yer olmaq istədiyini bəyan edən 5-ci şəhər olacaq.
Boston, Roma və Hamburq mübarizəyə daha əvvəl qoşulublar. Müşahidəçilərin fikrincə, hazırda Boston və Parisin şansları yüksəkdir.
2024-cü ilYay Olimpiadasının keçirilməsinə iddia edən şəhərlər ərizələrini sentyabrın 15-nə qədər təqdim etməlidirlər. Həmin tarixə qədər Bakı və Doha da bu mübarizəyə qoşula bilər.