SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” tresti “Neft Daşları” yatağındakı 619-810 saylı estakadayanı meydançalar və 810 saylı meydança ilə 1887 saylı stasionar dəniz özülü arasında yüksək təzyiqli su xəttinin çəkilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə tikinti-quraşdırma işlərini başa çatdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Layihə çərçivəsində 619-810 saylı estakadayanı meydançalar arasında uzunluğu 2,7 kilometr və 810 saylı estakadayanı meydança ilə 1887 saylı SDÖ arası uzunluğu 2,1 kilometr olan boru xətti çəkilib.
Məhsuldarlığı gün ərzində 1,5 min kubmetr olan borunun işçi təzyiqi 10,0 MPa, diametri 300 millimetrdir.
Layihə çərçivəsində işlər 2014-cü ilin sentyabr ayından etibarən aparılır.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova