Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Silahlı Qüvvələrin yaradılmasınım 97 illiyinə həsr olunmuş “Qüdrətli dövlətin güclü ordusu” adlı qısametrajlı filmi təqdim edib.
20 dəqiqə davam edən filmdə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın keçdiyi yola nəzər salınıb. Müstəqillik illərindən bu günə kimi qazanılan uğurlardan bəhs edilib.
Qeyd edilir ki, bu gün Azərbaycan ordusu Qafqazda ən güclü ordu sayılır və müstəqil ölkəni təhdid edən istənilən təhlükənin qarşısını ala bilər.
Filmdə bütün tip qoşun növləri, yeni silahlar, o cümlədən ağır texnika, raket qurğuları və Hava Hücumundan Müdafiə bölmələri cəlb edilməklə döyüş şəraitinə maksimal dərəcədə yaxınlaşdırılmış hərbi təlimlərə dair kadrlar nümayiş etdirilir.
F.İsazadə