2015-ci ildə Samux rayonunda taxıl biçininin orta məhsuldarlığı 34 sentner təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Eldar, Burunqovaq, Salahlı kəndlərində və digər yaşayış məntəqələrində biçin yekunlaşır. Artıq 2,5 min hektar sahədə biçin başa çatıb və orta məhsuldarlıq 34 sentnerə yaxındır (2014-cü ildə bu göstərici 31 sentner olub)”, – deyə Samux Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Şakir Məmmədov bildirib.
Bu il Samux rayonunda 10 min hektara yaxın ərazinin 4482 hektarında arpa, 4784 hektarında isə buğda əkilib, taxıl biçininə 40-a qədər kombayn cəlb edilib. Ötən il Samux rayonunda təxminən 9 min hektar sahədə dənli bitkilər əkilib.
F.Mehdiyev