Polşa Seyminin marşalı (parlamentin aşağı palatasının sədri) Radoslav Sikorski çərşənbə axşamı rəsmi şəkildə istefaya getdiyini bəyan edib. Bu barədə Polşanın TBH 24 telekanalı Seymin sədr müavini Vanda Novitskayaya istinadən məlumat yayıb.
Telekanal qeyd edir ki, R.Sikorski iki həftə əvvəl istefaya getmək niyyətində olduğunu bildirib.
O zaman 3 polşalı nazir də istefaya gedəcəklərini bildirmişdi. İstefalar bir sıra məmurların səslərinin gizli lentə alınması ilə bağlı qalmaqalla əlaqədardır. Bu lent yazıları hökuməti nüfuzdan salır.
Telekanalın məlumatına görə, Seym sədri postu uğrunda Malqojata Kidava-Blonskaya (“Vətəndaş Platforması”) və Yeji Venderlix (Sol Qüvvələrin Demokratik İttifaqı) mübarizə aparacaq.