Çərşənbə axşamı Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr Rus Pravoslav Kilsəsinin İran və Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsi arximandrit Aleksandrın müşayiəti ilə “Bakı-2015” Azarkeşlər Evində olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Arxiyepiskop Aleksandr və onu müşayiət edən şəxslər Evin ekspozisiyasına maraqla tamaşa ediblər. Onlar Evin qonaqları, həmçinin RİMM ilə çoxdan əməkdaşlıq edən Bakı şəhər 3 saylı uşaq evinin yetirmələri ilə söhbət ediblər.
Ziyarətin sonunda arxiyepiskop Aleksandr Azarkeşlər Evinin təşkilatçılarına xeyir-dua verib və Fəxri qonaqlar kitabındaöz ürək sözlərini yazıb.
A.Zeydullayeva