Noyabrın 15-dən 20-dək Bakıda III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Festivalın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, UNIMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.
Festivalda iştirak üçün müraciət iyulun 1-dək qəbul edilir.
Festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilir.
A.Zeydullayeva