Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Hemodializ və Urologiya şöbələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Hemodializ şöbəsi 15, Urologiya şöbəsi 20 çarpayı üçün nəzərdə tutulub. Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “Fresenius Medikal Care AG” şirkətinin avadanlıqları quraşdırılıb. Şöbədə böyrək çatışmazlığından əziyyət çəkən insanların müalicəsi üçün zəruri aparatlar var.
MNX-nin tibbi personalı yüksək peşəkarlıqla fərqlənir, tibbi mərkəz isə son texnologiyalara uyğun tibbi avadanlıqlarla təmin olunub.
A.Zeydullayeva