East London Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetində (ATU) olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonaqlara universitet haqqında məlumat verərək bildirib ki, son illərdə ATU-nun dörd yeni klinikası inşa olunub və istifadəyə verilib.
Daha sonra ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov rəhbərlik etdiyi şöbənin artıq 4 ildir ki, mövcud olduğunu bildirib.
Görüş zamanı East London Universitetinin Fizioterapiya proqramının rəhbəri Liz Nichalls layihə barədə danışaraq proqramın üstünlüklərindən söz açıb.
Tərəflər hər iki universitet arasında fizioterapiya ixtisası üzrə rezidentura proqramını, həmçinin gələcəkdə qarşılıqlı istiqamətdə işləri müzakirə ediblər.
A.Zeydullayeva