“FiveCurrents” şirkəti Böyük Britaniya vətəndaşının dünən Bakı şəhərinin Heydər Əliyev prospektində baş vermiş qəzada həlak olmasını dərin hüznlə təsdiq edir. Bu barədə “Bakı-2015” I Avropa Oyunlarının mətbuat xidməti məlumat verir.
Həlak olan şəxs “Bakı-2015” tədbirlərini təşkil edən “FiveCurrents» şirkətinin yaradıcı heyətinin üzvü idi və Bakıda müqavilə əsasında işləyirdi.
Baş vermiş qəzadan dərhal sonra komandanın 3 üzvü xəstəxanaya çatdırılıb. Onlar tezliklə tibbi müayinədən keçmək üçün vətənlərinə göndəriləcəklər.
“FiveCurrents” tibbi yardıma və konsulluq xidmətlərinə görə “Bakı-2015”in Təşkilat Komitəsinə, Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı səfirliyinə təşəkkürünü bildirir.
R.Babayev