Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) cari ilin yanvar-may aylarında 11 mindən çox vətəndaşı işlə təmin edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
5 ay ərzində 11,114 min vətəndaş işlə təmin edilib, 410 nəfər haqqı ödənilən ictimai işlərə göndərilib, 1,453 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
Eyni zamanda, yanvar-may aylarında Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən 1477 nəfər şəxs sifarişlər əsasında müvəqqəti xarakterli işlərə göndərilib.
R.Babayev