Azərbaycanı təmsil edən boksçu Lorenso Sotomayor (64 kq) I Avropa Oyunlarının final mərhələsinə keçib.
Cümə axşamı keçirilmiş yarımfinal qarşılaşmasında o, ukraynalı Viktor Petrova 3:0 hesabı ilə qalib gəlib.
L.Sotomayor finalda italiyalı Vinçenso Manqiakapre ilə görüşəcək.
I Avropa Oyunlarında Azərbaycan yığmasının aktivində 41 medal (14 qızıl, 11 gümüş və 16 bürünc) var. Komanda hesabında Azərbaycan yalnız Rusiyadan geri qalır.