İyunun 23-də itkin düşmüş azərbaycanlı hərbçilər Musa Musayev və Tural Yolçuyevin meyitləri tapılıb. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Məlumatda qeyd edilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan hərbçilərin axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
F.İsazadə