Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 68 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə (21-28 iyun) baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 14 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 2 nəfər qətldə, 5 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 24 nəfər oğurluqda, 3 nəfər qarətdə, 1 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 4 fakt qeydə alınıb.
C.Həmidov