30 iyun 2015-ci il tarixində Bakıda "İmtiyazlı məhbuslar üçün qanunlar toplusu" kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutundan xəbər verilib.
Toplu AMEA-nın İnsan Hüquqları İnstitutu və Beynəlxalq Əlillər Cəmiyyətinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanıb.
Toplu məhkumluqdan azad olunanların həyata adaptasiyası və reabilitasiyasına ictimai dəstək layihəsi çərçivəsində hazırlanıb.
A.Zeydullayeva