“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta çərçivəsində sığorta hadisəsi üzrə 94,902 min manat məbləğində ödəniş həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.
“Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin birində baş verən sığorta hadisəsi nəticəsində şirkətin əməkdaşı əmək qabiliyyətinin 80%-ni itirib. Onun ailəsinə 94,902 min manat ödənilib”, - deyə məlumatda qeyd edilir.
"PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə 3 aparıcı sığorta şirkətindən biridir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir.
A.Axundov