12-28 iyun tarixlərində keçirilən Birinci Avropa Oyunları böyük yolun başlanğıcıdır. Bu barədə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq bəyan edib.
“Birinci Avropa Oyunları nəinki Azərbaycan, həm də Avropa ictimaiyyəti üçün böyük uğur oldu. Bu, Avropa idmanının inkişafı üçün gözəl şansdır”, - deyə S.Kleq bazar ertəsi Bakıda keçirilən mətbuat konfransında gələcəkdə Avropa Oyunlarının keçirilməsi mümkünlüyünə dair suala cavabında bildrib.
Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsi üçün iri idman tədbirlərinin qrafikində yer tapmaq lazımdır.
“Avropa Oyunlarında iştirak etmək üçün daha güclü idmançıları dəvət etmək lazımdır ki, yarışların yayım dairəsi daha da geniş olsun”, - deyə S.Kleq qeyd edib.
R.Babayev