Azərbaycanda “Niva” markalı 2 minik maşınının toqquşması 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib. Bu barədə ANS telekanalı məlumat yayıb.
Qəza Bakı-Şamaxı avtomagistralının 41-ci kilometrində baş verib.
İlkin məlumata görə, qəza son günlər Azərbaycanda müşahidə olunan isti hava şəraiti ilə əlaqədar baş verib.
Faktla bağlı araşdırma aparılır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.
F.İsazadə