Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstanın Astana şəhərində Türk Akademiyasında Türk Dünyası Akademiyaları Birliyinin təsis edilməsinə dair sessiyada iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
İttifaqın sessiyasında Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Abdıqanı Erkebayev, Türkiyə Milli Elmlər Akademiyasının prezidenti Acar Ahmet Jevat, Tatarıstan Elmlər Akademiyasının prezidenti Məkzüm Salahov və başqaları iştirak ediblər.
Təsis sessiyasında Türk Dünyası Elmlər Akademiyaları İttifaqının yaradılması haqqında sənəd, habelə onun fəaliyyətini müəyyənləşdirən Əsasnamə imzalanıb. Bundan başqa, türkdilli dövlətlərin vahid təhsil məkanının yaradılması, onların elmlər akademiyaları arasında sıx əlaqələrin qaydaya salınması məsələləri müzakirə edilib.