Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sarqsyanla telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“V.Putin S.Sarqsyanı ad günü münasibəti ilə ürəkdən təbrik edib”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.
Bildirilir ki, “Rusiya və Ermənistan arasında əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı əlaqələrin yüksək və artan səviyyəsi vurğulanıb”.
“Liderlər, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıblar”, - deyə Kremldən məlumat verilib.
Rusiya prezidenti ad günü münasibətilə Ermənistan prezidentinə təbrik teleqramı da göndərib.