Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi 1 iyul tarixindən Dövlət Taxıl Fondu üçün buğdanın tədarükünü elan edib. Bu barədə FHN-dən məlumat verilib.
2015-ci ildə ölkədə istehsal edilən yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manat təşkil edir.
Buğdanın qəbulu sentyabrın 1-nə kimi davam edəcək.
Xəbər verildiyi kimi, hökumətin qərarına əsasən, 2015-ci ildə Dövlət Taxıl Fondunda buğda ehtiyatlarının həcmi 250 min ton - 750 min tona qədər artıb.
A.Axundov