Samux rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Qarayeri kəndi ərazisində sürətlə hərəkət edən “VAZ-21015” markalı avtomobil “T-40” markalı traktora çırpılıb. Qəza nəticəsində minik maşınında olan iki sərnişin hadisə yerində həlak olub, sürücü isə ağır kəllə-beyin travması və digər xəsarətlər alaraq hadisə şahidlərinin köməyi ilə Gəncə Mərkəzi Şəhər Xəstəxanasına aparılıb.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
C.Həmidov