Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir sıra zabitlərinə ali xüsusi rütbələr verib. Bu barədə çərşənbə günü dövlət başçısının saytında məlumat verilir.
Belə ki, polis general-mayoru İsmət Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi, polis polkovniki Seyfulla Əzimov və polis polkovniki Əkbər Yusifova isə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Y.Əliyev