Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Belə ki, Z.Həsənov iyulun 1-dən 2-dək Litvada, iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.
Səfər zamanı nazirin hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Y.Əliyev