Azərbaycan Xarici İşlər Nazirliyi 2015-ci ilin mart ayında Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər edən Serbiya jurnalisti Slobodan Samarciyanın adını “arzuolunmaz şəxslər” siyahısından çıxarıb. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Bu qərar S.Samarciyanın məktubu əsasında qəbul edilib. Məktubda jurnalist Azərbaycanın rəsmi hökumətinin müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edib.
S.Samarciya məktubunda bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.
Jurnalist Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
Y.Əliyev