Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi Bakını çox narahat edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri müdafiə naziri Zakir Həsənov çərşənbə günü Vilnüsdə Litvanın milli müdafiə naziri Yuozas Olekas ilə görüş zamanı deyib.
“Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir”, - deyə Z.Həsənov qeyd edib.
“Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”,- deyə o vurğulayıb.
Y.Əliyev