Azərbaycan hökuməti “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi haqqında” qanun layihəsinin hazırlanması çərçivəsində beynəlxalq ekspertlərin cəlb edilməsində və təcrübədə maraqlıdır. Bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumunda bildirib.
“Biz ölkədə kənd təsərrüfatı sahəsində sığortanın inkişafına dair etibarlı strategiyanın hazırlanmasında maraqlıyıq. Bu, ümumilikdə aqrar sektorun inkişafına imkan yaradır və fermerləri dəstəkləyəcək. Dövlət bu fəaliyyətin aparıcı mövqelərində olacaq”, - deyə S.Şərifov qeyd edib.
O deyib ki, Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi
haqqında” qanun hazırlayır. Bu qanun hökumət tərəfindən təsdiq edildikdən sonra parlamentin müzakirəsinə çıxarılacaq.
A.Axundov