Prezident İlham Əliyev Sabirabad rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Dövlət büdcəsindən Sabirabad Rayon İcra Hakimiyyətinə iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 3 milyon manat vəsait ayrılıb.
F.İsazadə