Cari ilin 6 ayında sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Onlardan 144 nəfəri artıq kursları başa vurub. Gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər.
Məlumatda qeyd edilir ki, nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” I Avropa Oyunlarında könüllü kimi iştirak ediblər. Həmin gənclər “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK)tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər.
R.Babayev