Şənbə günü Bakıda Azərbaycan və Rusiya hökumətlərinin nümayəndələri arasında futbol oyunu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.
“Futbol matçında nazirlər, deputatlar, Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri iştirak edəcəklər”,- deyə o qeyd edib.
F.Mustafanın sözlərinə, Azərbaycan komandasının heyətində onun özü, təhsil naziri Mikayıl Cababarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin birinci müavini Yaqub Eyyubov, deputat Adil Əliyev və digər rəsmi şəxslər çıxış edəcəklər.
Azərbaycan komandasının məşqçisi Vaqif Sadıxovdur.
Deputat qeyd edib ki, oyun yerli vaxta saat 20:00 radələrində başlayacaq.
R. Babayev