Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Qazaxda məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Ə.Həsənova tikintidə kifayət qədər texnika, işçi qüvvəsi, tikinti materiallarının olduğu bildirilib.
İşlərin layihəyə uyğun olaraq vaxtında və keyfiyyətlə başa çatdırılması üçün inşaatçılara konkret tapşırıqlar verilib.
Ərazidə 10 ədəd 4 mərtəbəli 300 mənzilli bina tikilir. Bundan əlavə, 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası və tibb məntəqəsi də inşa edilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektriklə tam təchiz olunacaq.
F.Mehdiyev