Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə üçün vəsaitin ayrılmasına dair sərəncam imzalayıb. Bu barədə cümə günü dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 mln. manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılıb.
R.Babayev