Vergilər naziri Fazil Məmmədov Qazax şəhərində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Qəbulda vergilərin hesablanması, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı sakinlərin müraciətləri dinlənilib.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
F.Mehdiyev