Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer “altılıq” və İranın iyulun 7-dək nüvə proqramına dair sazişin tərtib edilməsi üçün siyasi iradəsinin kifayət etməməsindən ehtiyat edir.
“İranla sazişin konturlarına dair müəyyən razılıq var, lakin tərəflərin siyasi iradəsinin kifayət etməməsi riski də mövcuddur”, - deyə o, bazar günü Vyanada jurnalistlərə bildirib.
Bununla yanaşı, XİN başçısı qeyd edib ki, İranın nüvə proqarmına dair sazişin imzalanmaması “hər kəs üçün məğlubiyyət” olacaq.
Danışıqlara yaxın mənbənin agentliyə verdiyi məlumata görə, bazar ertəsi səhər saat 11:00-da Vyanada “altılıq” və İran arasında nazirlər səviyyəsində görüş keçirilməlidir.