Azərbaycanın mərkəzi regionunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib
Salyan rayonunun Xalac kəndi ərazisində "Mercedes" markalı iki avtomaşın toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü, Salyan rayon sakini Mirteyyub Əhmədov (1996-cı il təvəllüdlü) və sərnişin Təbriz Heydərov (1996-cı il təvəllüdlü) hadisə yerində həlak olublar. Məlumata əsasən, digər avtomobilin sürücüsü, paytaxt sakini Rəhman İsmayılov və onun iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Təhqiqat zamanı müəyyən edilib ki, M.Əhmədov atasından xəbərsiz onun avtomobilini qaçırıb və dostu T.Heydərovu də özü ilə götürüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
R.Babayev