Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 vətəndaşa müvafiq yardımlar göstərib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Onlardan 43 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanı, qalan 17 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub.
Qeyd olunan şəxslərdən 9 nəfərə hüquqi, 6 nəfərə tibbi, 10 nəfərə psixoloji yardım göstərilib, 1 nəfərin sığınacaqda yerləşdirilməsi təmin edilib.
Qeyd edilən dövr ərzində ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə köməklik göstərib.
R.Babayev