Gəncədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin yay plenumu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
"2016-cı il Tədbirlər Planında Gəncədə Azərbaycan Memarlar İttifaqının bölməsinin təşkil edilməsi nəzərdə tutulub. Məqsədimiz ətraf rayonları da bu bölməyə cəlb etməkdir. Plenumun iclasında səsləndirilən bəndlərdən biri buna həsr olunub", – deyə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadəbildirib.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Həmçinin şəhərsalma və memarlıq sahəsində seçilənlərə usta memar fəxri adı verilib, bir neçə memara isə qurumun fəxri fərmanları təqdim olunub.
Ф.Мехтиев