Azərbaycanın qərb və mərkəzi regionlarında yanğın 700 hektardan artıq taxıl sahəsini məhv edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Belə ki, Ağcabədi şəhərində 350 ha biçilmiş taxıl sahəsi yanıb. Bundan başqa, Xocəvənd rayonunda bələdiyyəyə məxsus ərazidə 200 ha biçilmiş taxıl sahəsi və ümumi sahəsi 90 kv.m olan qamışdan ibarət ferma yanıb. Yaxınlıqda olan digər fermalar yanğından mühafizə olunub.
Füzuli rayonu, Oranqala kəndində isə 150 ha biçilmiş taxıl sahəsi və 50 ha sahədə quru ot yanıb. Ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunub. Salyan rayonunun Sarvan kəndində isə bələdiyyəyə məxsus ərazidə 30 ha sahədə quru ot və kol-kos yanıb.
F.İsazadə