“Muğanbank” müştərilərə “AzeriCard” Prosessinq Mərkəzi vasitəsilə onlayn kredit ödəniş xidmətini təqdim edib. Bu barədə bankdan məlumat verilir.
“Müştərilərə keyfiyyətli bank xidmətləri təqdim etmək məqsədilə “Muğanbank” ASC öz müştərilərinə “AzeriCard” Prosessinq Mərkəzi vasitəsilə onlayn kredit ödəniş xidmətini təqdim edib”, - deyə məlumatda qeyd olunur.
Bu sistemdən bankın korporativ saytı və http://www.azericard.com saytı vasitəsilə istifadə etmək mümkündür.
“AzeriCard” Prosessinq Mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.
A.Əzizov