İranın xarici işlər naziri Cavad Zərif bazar ertəsi ölkə vətəndaşlarına müraciət edərək İranın nüvə proqramı üzrə yekun razılığın əldə olunması üçün dua etməyə çağırıb. Bu barədə İRNA agentliyi məlumat verir.
Nazir bildirib ki “altılıq” və Tehran arasında bəzi fikir ayrılıqları qalmaqdadır.
“Biz razılıq əldə edə bilmədiyimiz bəzi məsələləri həll etməyə çalışırıq. Nəticə hələ ki, aydn deyil. Biz xalqı İranın və İslamın maraqlarına cavab verən razılıq əldə edilməsi üçün dua etməyə çağırırıq”,- deyə C.Zərif bildirib.
İranın nüvə proqramına dair sazişə texniki əlavə 70% redaktə olunub”, - deyə məlumatda İranın danışıqlarda iştirak edən yüksək rütbəli nümayəndəsinə istinadən qeyd olunur.