Cənubi Koreyanın səfiri Çoi Suk-in “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimində iştirak etmək məqsədilə Gəncədə səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“10 filmin nümayiş olunacağı festival bir həftə davam edəcək. Gəncədən sonra daha 4 şəhərdə analoji festivallar təşkil olunacaq”, – deyə Ç.Suk-in bildirib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev diplomatla görüşdə şəhərin imkanları və potensialı barədə məlumat verib.
“Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılışı mərasimi ötən il Koreyadakı Asiya Oyunlarından daha yaxşı təşkil olunmuşdu. Hazırlıq və təşkilati məsələlər yüksək səviyyədə idi”, – deyə səfir qeyd edib.
F.Mehdiyev