SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
43 nömrəli quyu 10 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyuda təmir işləri aparıldıqdan sonra onun sutkalıq hasilatı 74 ton neft və 16 min kubmetr qaz təşkil edir.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
A.Əzizov