Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısınn saytında məlumat verilir.
Prezidentin sərəncamına əsasən, 6 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən həmin avtomobil yollarının tikintisinin davam etdirilməsi üçün Quba Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 8 mln. manat ayrılıb.
Y.Əliyev