Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 52 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə (29 iyun - 5 iyul) baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 17 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 4 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 3 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 28 nəfər oğurluqda, 5 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 6 fakt qeydə alınıb.
C.Həmidov