Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “International Transaction System” MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyaları dayandırıb. Bu barədə QKDK-nın məlumatında deyilir.
Məlumata əsasən, lisenziyalar “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın tələblərini mütəmadi surətdə pozduğuna görə dayandırılıb.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.