Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 7-də manatın dollara nisbətən rəsmi məzənnəsini iyulun 6-da qeydə alınmış 1,0490 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
AMB iyulun 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 6-da qeydə alınmış 1,1577 manat/1EUR səviyyəsinə qarşı 1,1575 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,0173% möhkəmlənib.
İyulun 7-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 6-da qeydə alınmış 0,0187 manat/1RUR səviyyəsinə qarşı 0,0184 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,6043% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov