2015-ci il iyunun 1-nə Azərbaycanda bankların ümumi aktivləri 29 mlrd. 67,2 mln. manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2015-ci il tarixinə bankların ümumi aktivləri 25 mlrd. 182,5 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-may aylarında Azərbaycanda banklar aktivlərini 15,4% artırıblar.
Bununla yanaşı, cari ilin may ayında bankların aktivləri 171,2 mln. manat və ya 0,6% azalıb.
AMB-nin məlumatına görə, 1 iyun 2015-ci il tarixinə bankların kredit qoyuluşları 19 mlrd. 877,6 mln. manat (yanvar-may ayları ərzində artım 10,3% - İF-Az) təşkil edir. Cari ilin may ayında bankların kredit qoyuluşları 0,6% azalıb.
İyunun əvvəlinə Azərbaycanda bankların məcmu kapitalı 4 mlrd. 521,2 mln. manata (artım 5,9% - İF-Az) bərabərdir.
Azərbaycanda 45 bank fəaliyyət üçün lisenziyaya malikdir.
A.Əzizov