2015-ci il iyunun 1-nə əhalinin bank əmanətləri 7 mlrd. 601,1 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 5,7% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında məlumat verilir.
Bununla yanaşı, may ayında əhalinin bank əmanətləri 116,1 mln. manat və ya 1,5% azalıb.
Xəbər verildiyi kimi, 2015-ci ilin mart ayında əhalinin bank əmanətləri 1,9%, apreldə 0,8% azalıb.
Əhalinin bank əmanətlərinin azalması cari ilin fevral ayında manatın devalvasiyasından (33,5% - İF-Az) sonra müşahidə edilib.
2014-cü ildə Azərbaycanda əhalinin bank əmanətləri 12,4% artıb.
A.Əzizov